"Sabah"ı tərk edən ilk futbolçunun adına aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Vanderson Naskimento ilə yollar ayrılıb. Braziliyalı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 27 yaşlı futbolçu "Sabah"a ötən yay İsrailin "Bney Sahnin" klubundan gəlmişdi.