Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 10:18
ABŞ-ın Los-Anceles şəhərində 77-ci "Qızıl qlobus" mükafatlandırma mərasimi keçirilib.
Sonxeber.net bildirir ki, Hollivud Əcnəbi Mətbuat Assosiasiyası "Ən yaxşı dramatik film" nominasiyasında "1917"ni qalib sayıb. Bu filmin rejissoru Sem Mendes "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub.
Hoakin Feniks "Coker" filmindəki baş roluna görə "Ən yaxşı aktyor", "Cudi" filmindəki roluna görə Rene Zellveger isə "Ən yaxşı aktrisa" seçilib.
Mərasimin triumfatoru Kventin Tarantinonun "Bir dəfə... Hollivudda" lenti olub.
Film "Ən yaxşı ssenari", "Arxa planda ən yaxşı kişi rolu" və "Ən yaxşı komediya-müzikl" nominasiyalarında qalib gəlib.
"Çernobıl" mini-serialı "Ən yaxşı teleserial", Cənubi Koreyanın "Parazitlər" lenti isə "Xarici dildə ən yaxşı film" bilinib.
Netflixm striminq servisi uğursuzluğa düçar olub. Belə ki, servisin nümayiş etdirdiyi "İrlandiyalı", "İki ata", "Nikah əhvalatı", "Ağlagəlməz" layihələri mükafatsız qalıb.
Laureatların siyahısı belədir:
"Ən yaxşı film-drama" - "1917"
"Ən yaxşı film - komediya və ya müzikl" - "Bir dəfə... Hollivudda"
Ən yaxşı rejissor - Sem Mendes ("1917")
"Dramatik filmdə ən yaxşı aktrisa" - Rene Zellveger ("Cudi")
"Dramatik filmdə ən yaxşı aktyor" - Hoakin Feniks ("Coker")
"Komediya və ya müzikldə ən yaxşı aktrisa" - Akvafina ("Vida")
"Komediya və ya müzikldə ən yaxşı aktyor" - Teron Ecerton ("Roketmen")
"Arxa planda ən yaxşı aktrisa" - Lora Dern ("Nikah əhvalatı")
"Arxa planda ən yaxşı aktyor" - Bred Pitt ("Bir dəfə... Hollivudda")
"Ən yaxşı ssenari" - Kventin Tarantino ("Bir dəfə... Hollivudda")
"Xarici dildə ən yaxşı film" - "Parazitlər"
"Ən yaxşı animasiya filmi" -"İtirilmiş həlqə"
"Ən yaxşı film musiqisi" - Hildur Qudnadottir ("Coker")
"Ən yaxşı orijinal mahnı" - I'm Gonna Love Me Again ("Roketmen").
"Ən yaxşı drama serialı" - "Varislər"
"Ən yaxşı komediya serialı" - "Zibil"
"Ən yaxşı mini-serial" - "Çernobıl"
"Karyera uğurlarına görə Sesil Blaunt DeMill adına fəxri Qızıl Qlobus" - Tom Henks.