Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 12:36
"Keşlə"də istirahət başa çatıb.
Qol.az xəbər verir ki, paytaxt təmsilçisi "ASK Arena"da hazırlığa başlayıb. Komandanın yeni transferi Şohruh Qodoyev də hazırlıqda iştirak edir.
"Keşlə" yanvarın 12-də Antalyaya yollanacaq. "Ağ-qırmızılar" ilk sınağında Almaniyanın III Bundesliqasında çıxış edən "Tsvikkau" ilə qarılaşacaq. Görüş yanvarın 17-də olacaq. Tərlan Əhmədovun komandası bu matçdan 5 gün sonra Tula "Arsenal"ı ilə qüvvəsini sınayacaq.
"Keşlə" Antalyada son oyununu yanvarın 24-də Slovakiyanın yüksək liqasında mübarizə aparan "Zemplin" klubuna qarşı keçirəcək.