Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 16:16
"Mançester Siti" futbolçusu İlkay Gündoğana yeni müqavilə təklif etməyə qərar verib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə klubu ölkə kubokunun finalında mayın 18-i keçiriləcək "Uotford"la matçdan sonra türkəssilli alman yarımmüdafiəçi ilə bununla bağlı danışıqlar aparacaq.
Qeyd edək ki, 2020-ci ilin iyununda müqaviləsinin müddəti başa çatacaq İlkay bu mövsümün ikinci yarısında klubu ilə danışıqlar aparmaqdan imtina etmişdi. O, komandasının oyunlarına köklənmək üçün bu addımı atmışdı.
Xatırladaq ki, İ.Gündoğanla "Bavariya", "Borrusiya" (Dortmund) və "Yuventus"un maraqlandığı iddia olunur.