Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 13:00
Müğənni Türkan Vəlizadə "Hər şey daxil" verilişinin qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, proqram zamanı ona təklif edilən oyunda iştirak edib.
Qaydalara əsasən ifaçı həmkarı Günel Ələkbərovaya rəy yazmaq məcburiyyətində qalıb. Türkan əvvəlcə imtina etmək istəsə də, aparıcı Tarix Əliyev (Tolik) israr edib və bunun qayda olduğunu söyləyib.
Nəticədə sənətçi Günelə "Sən qarşıma çıxsan, əmin ol ki, ilk işim səni camaatın yanında biabır etmək olacaq" sözlərini yazıb.