Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məzahir Pənahov: ''Çalışırıq ki, bütün məsələləri namizədin xeyrinə həll edək''

Məzahir Pənahov: ''Çalışırıq ki, bütün məsələləri namizədin xeyrinə həll edək''

Tarix: 7 Yanvar 2020 16:36

Biz çalışırıq ki, bütün məsələləri namizədin xeyrinə həll edək.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bəzi məsələlər var ki, buna məhz namizəd məsuliyyət daşıyır: "Deputatlığa namizədliyini irəli sürmüş Azərbaycan vətəndaşları öz əmlakı barədə məlumat verməlidir, əmlakını gizlətməməlidir".

M.Pənahov deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir: "Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namzədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər".


Etiketlər:  Məzahir Pənahov Çalışırıq bütün məsələləri namizədin xeyrinə həll edək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ