Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 17:45
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan ərazisinin 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli sahələrdir.
AMEA Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, buna "Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi–coğrafi və siyasi problemləri" mövzusunda aparılan tədqiqat nəticəsində gəlinib.
Tədqiqat nəticəsində ilk dəfə təbii-texnogen təhlükələr ArcGis texnologiyaları əsasında kompleks şəkildə qiymətləndirilib və “Azərbaycanın ekoloji risk” rəqəmsal xəritəsi tərtib edilib.
Məlum olub ki, respublika ərazisinin 37,2% -i çox zəif, 19,8%-i zəif, 23,9%-i orta, 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli sahələrdir. Alınmış nəticələr regionların davamlı inkişafının və ekoloji idarəetmənin təşkilində mənbə rolu oynaya bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin