Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 21:52
2019 bildiyimiz kimi ABŞ və Çin arası iqtisadi müharibə ilə keçdi. Bu müharibədən ən çox zərər çəkən Huawei şirkəti oldu. Nəinki Huawei digər bütün çinli şirkətlər ABŞ qadağaları ilə qarşılaşma ehtimalları olduğunu öyrəndi. Bunlardan biri də Xiaomi şirkətidir. Huawei ilə eyni şeyləri yaşamamaq adına Xiaomi şirkəti ABŞ qadağalarının tətbiq edilmə ehtimalına qarşı öz planlarını həyata keçirməyə başlayıb.
Xiaomi-nin məhsul müdiri Abi Go verdiyi reportajda ABŞ qadağalarına hazırlıqlar gördüklərini bildirdi. İlk məqsəd ABŞ-dan olan aslılığı azaltmaqdır.
Sonxeber.net technote.az-a istinadən bildirir ki, şirkət rəsmilərinin dediklərinə görə, Xiaomi ABŞ tərəfindən qadağalar ilə üzləşərsə ABŞ şirkətlərindən aslı olmadan öz telefonlarını istehsal etməsi üçün planlar hazırlayıblar və yavaş-yavaş reallaşdırılmağa başlanılıb. Həmçinin rəsmilər deyir ki, hal-hazırda ABŞ ilə Xiaomi arasında heç bir problem yoxdur. Hətta Qualcomm və Google kimi Amerika şirkətləri ilə münasibətlər daha da irəliləyir. Lakin ən maraqlı sual budur ki, ABŞ Xiaomi şirkətinə də qadağalar gətirirsə, Xiaomi telefonlarında hansı əməliyyat sistemini istifadə edəcək? Təbii ki, ağla ilk gələn HarmonyOS əməliyyat sistemidir. Ən çox telefon satan 5 şirkətdən biri olan Xiaomi HarmonyOS-a keçərsə, mobil əməliyyat ekosistemində Google və Android hegemoniyası ciddi dərəcədə zərər görəcəkdir.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet