Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aston Martin Airbusla birgə helikopter istehsal edəcək

Aston Martin Airbusla birgə helikopter istehsal edəcək

Tarix: 7 Yanvar 2020 21:56

İngiltərənin "Aston Martin" avtomobil şirkəti "Airbus" aviaşirkəti ilə birlikdə hazırladığı "ACH130 Aston Martin Edition" helikopterini təqdim edib.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, VIP kateqoriyalı hava gəmisinin təqdimetmə mərasimi məşhur Kurşevel dağ-xizək kurortunda keçirilib.

"Bunu cəsur əməkdaşlıq adlandırmaq olar. Bu bizim eksperiment ənənələrimizə uyğundur", - "Airbus Corporate Helicopters"in rəhbəri Frederik Lemos bunu deyib.

Helikopter dörd dizayn variantında hazırlanacaq - "Stirling Green", "Xenon Grey", "Arizona" və "Ultramarine Black". Bundan əlavə alıcıları "Aston Martin"dən premium-dizaynlı, dəri örtüklü oturacaqlarla təchiz olunmuş salon gözləyir.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  Aston Martin Airbusla birgə helikopter istehsal edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ