Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 07:08
Bu ilin yanvar ayının 1-dən etibarən Estoniyada ailə həkiminin "qaynar xətti"ndə çalışan əməkdaşlar pasiyentlərin tibbi məlumatlarını gözdən keçirə və fərdi məsləhətlər verə biləcəklər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "qaynar xətdə" çalışan həkimlər və tibb bacıları zəng edən şəxsin razılıq verdiyi təqdirdə təyin olunmuş dərmanlar və əvvəlki tibbi müayinənin nəticələri kimi məlumatları görə biləcəklər. Məsləhətlər ingilis, eston və rus dillərində verilir.
Ölkənin tibbi sığorta fondu təcili və ya həyat üçün əhəmiyyətli olan müalicəyə ehtiyac duyulmadığı halda təcili yardım xidmətinə və ya ailə həkim klinikasına zəng etmək əvəzinə "qaynar xətt"ə zəng etməyi məsləhət görür.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet