Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 11:04
Azərbaycan Premyer Liqası təmsilçiləri "Sabah" və "Zirə" təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşüb.
Qol.az xəbər verir ki, komandalar bu gün səhər saatlarında ölkəmizi tərk edib.
"Sabah" və "Zirə" yanvarın 22-dək Antalyada toplanış keçəcək.
Qeyd edək ki, "Sabah" toplanış çərçivəsində “Pakş” (Macarıstan - 11 yanvar), “Akademika Klinçeni” (Rumıniya - 15 yanvar), “Kaysar”la (Qazaxıstan - 19 yanvar) qarşılaşacaq. Yanvarın 20-dəki rəqib hələ məlum deyil. "Zirə" isə “Ümraniyespor” (Türkiyə - 11 yanvar), “Sepsi” (Rumıniya - 16 yanvar), “Napredak”la (Serbiya - 21 yanvar) üz-üzə gələcək.