Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraq açıqladı: İranın zərbələri nəticəsində itki olmayıb

İraq açıqladı: İranın zərbələri nəticəsində itki olmayıb

Tarix: 8 Yanvar 2020 11:26

İraq hərbi qüvvələri İranın zərbələri nəticəsində heç bir itki vermədiyini açıqlayıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi açıqlama yayıb. 

"Yanvarın 8-də bir saat ərzində 22 raket zərbəsi endirilib. "Eyn əl-Əsəd" hərbi aviabazasına 17 raket zərbəsi endirilib ki, onlardan 2-si uğursuz olub. 5 raket zərbəsi isə Ərbildəki koalisiya qərargahına endirilib. Bu zərbələr nəticəsində İraq hərbi qüvvələri arasında itki qeydə alınmayıb", - açıqlamada bildirilib.

Xatırladaq ki, İran İslam İnqilab Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı bazalarına ballistik raket zərbələri endirib. Pentaqon bu faktı təsdiqləyib.

Hücumdan sonra ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində "hər şeyin qaydasında olduğunu" deyib.

İran mətbuatı bu zərbələrdən sonra 80 amerikalının öldüyünü bildirib.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  İraq açıqladı İranın zərbələri nəticəsində itki olmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ