"Zirə"nin kapitanı Kamal Bayramov komandan ayrılıb.
Bu barədə Qol.az-a 34 yaşlı qapıçı özü məlumat verib. Bayramov klubun ona yeni müqavilə təklif etdiyini, ancaq maliyyə şərtlərində razılaşmadıqlarının bildirib.
Qeyd edək ki, K.Bayramov 2015-ci ildən "Zirə"dən çıxış edirdi.