Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 13:54
Bakı. Trend:
Z.Əkbərov və A.Tağıyevin bıçaqlanmaları müəyyən edilmiş və cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Binnətov və V.Babayev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 5-də Bakı şəhər sakinləri Z.Əkbərov və Anar Tağıyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və A.Tağıyevin orada ölməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla onların həmin gün saat 1 radələrində E.Babayev küçəsində münaqişə zəminində bıçaqlanmaları müəyyən edilib.Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Binnətov və V.Babayev saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin