Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 16:18
“Rostov” klubu İslandiya millisinin müdafiəçisi Raqnar Siqurdsonla müqaviləni ləğv edib.
Qol.az championat.com saytına istinadla yazır ki, rus klubunun belə bir addım atmasına futbolçunun intizam qaydalarını pozması və spirtli içkiyə ciddi aludəçilyi səbəb olub. Futbolçu bu hərəkətinə görə məşqçilərdən üzr istəsə də, klubun qərarı dəyişməyib.
Qeyd edək ki, Siqurdson “Rostov”a 2018-ci ildə İngiltərə “Fulhem”indən transfer olunmuşdu. O, bu mövsüm Rusiya Premyer Liqasında 13 oyunda meydana çıxıb.