Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 23:21
Qarnın üst hissəsində ağrı ilə yatıb qalxırsızsa, ağrı daha çox sağ qabırğaqaltında olursa, qarnınız və yuxarı hissəsi şişkindirsə, əlinizlə basdıqda yumşaq deyilsə, az yediyinizə baxmayaraq tez doyursunuzsa, bunlar qaraciyərin şiş xəstəliyi və ən azı aşırı piylənməsi ola bilər.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, həkimlər qaraciyər xərçənginin əlamətsiz başlayıb, sürətlə irəliləməsini səbəb gətirərək, bu orqanın qarında təzahür edən əlamətlərinə qarşı diqqətli olmağa çağırır. Sadəcə köpdür, qazdır deyib qarın şişməsinə biganə yanaşmayın.
Digər əlamətlər:
- İştahsızlıq, tez doymaq, arıqlamaq
- Ürəkbulanma
- Qarının üst bölgəsində sancı, ağrı
- Gözlərin altında sarılıq
- Gecələr tərləmə, titrəmə
- Ağızda acılıq
- Nəcisin rənginin dəyişməsi
Qaraciyər xərçəngi diaqnozunu tapmaq çətin deyil. Bİr USM, KT və bir -iki analiz yetərlidir.
Ən yaxşı halda şiş metastaz verməyibsə, qaraciyər köçürülməsi barədə düşünmək olar.