Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 07:08
İlk dəfə yeni formatda keçirilən İspaniya Superkubokuna start verilib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, 4 komandanın iştirakı ilə Səudiyyə Ərəbistanında təşkil olunan yarışda ilk yarımfinal matçı baş tutub.
İspaniya kubokunun qalibi kimi yarışa qatılan "Valensiya" La Liqanın bürünc mükafatçısı "Real"la üz-üzə gəlib. Madrid təmsilçisi rəqibinin qapısından üç cavabsız qol keçirərək inamlı qələbə qazanıb. "Yarasalar" yalnız görüşün sonunda bu toplardan birinin əvəzini çıxmaqla darmadağından qaçıb.
Bununla da "Real" yanvarın 12-də baş tutacaq final matçına vəsiqə qazanıb. "Kral klubu"nun rəqibi yanvarın 9-da bilinəcək.
Qeyd edək ki, digər yarımfinalda son çempion və kubokun finalçısı "Barselona" ilə gümüş mükafatçı "Atletiko" üz-üzə gələcək.
İspaniya Superkuboku
Yarımfinal
8 yanvar
"Valensiya" - "Real" - 1:3
Qollar: Parexo, 90 (pen.) - Kroos, 15, İsko, 39, Modriç, 65