Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 21:48
Yeni ilin ilk həftəsini artıq geridə qoymuşuq. Bu ilin bizə hansı yenilikləri gətirəcəyindən hələ ki xəbərsizik.
"Sudoku Deluxe VİP"
Sonxeber.net ted.az-a istinadən bildirir ki, oyunçular tərəfindən 4,4 balla qiymətləndirilmiş bu oyun 3 yaşdan böyük uşaqlar üçün nəzərdə tutulub. Oyunun əvvəlki qiyməti 1,71 dollar olsa da həvəskarlar üçün oyun 3 gün ərzində pulsuz olacaq. Həvəskarlar "Sudoku Deluxe VİP" oyununu "xoş və sadə interfeys" adlandırırlar.
"Archery: yaydan atış"
Bu oyun daha böyük yaşlı oyunçular üçün nəzərdə tutulub. 12 yaşdan böyüklərin oynaya biləcəyi bu oyun 4,1 balla qiymətləndirilir. Xatırladırırq ki, bu oyunu pulsuz əldə etmək üçün 3 gün vaxtınız var.
"Talisman: Digital Edition"
Çox maraqlı və əyləncəli stolüstü, mobil və kompüter oyunudur. 7 yaş və daha böyük oyunçular üçün nəzərdə tutulan bu oyun həvəskarlar tərəfindən 4,0 balla qiymətləndirilir. Əvvəlki qiyməti 3,39 dollar olan oyunun hazırkı qiyməti 1,64 dollara düşüb. Endirim 4 gün davam edəcək.
"Animal Forest: Fuzzy Seasons" ( Start Pack Edition )
Əvvəlki qiyməti 3,68 dollar olan oyunu 5 gün ərzində pulsuz əldə edə bilərsiz. Oyun həvəskarlar tərəfindən 4,6 balla qiymətləndirilir. Qeyd edək ki, oyun boyu sizi minimalist stildə gözəl melodiyalar müşahidə edir.
"Exploding Kittens-Official"
7 yaşdan böyük oyunçular üçün nəzərdə tutulan oyun 4,6 balla qiymətləndirilib. Əvvəlki qiyməti 1,99 dollar olan oyunun hazırkı qiyməti 0,99 dollardır. Xatırladaq ki, endirim 3 gün davam edəcək.