Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vüqar Muradov qəzaya düşüb? - FOTO

Vüqar Muradov qəzaya düşüb? - FOTO

Tarix: 10 Yanvar 2020 10:55

Müğənni Vüqar Muradovun sosial şəbəkədə tanınmaz halda şəkli yayılıb. Sənətçinin avtomobil qəzası nəticəsində ağır xəsarət aldığı qeyd olunub. Xəstəxanaya yerləşdirilən Vüqara təcili qan lazım olduğu bildirilib.

SİA məsələ ilə əlaqədar olaraq ifaçının özü ilə əlaqə saxlayıb, xəbərin yalnış və ya doğru olmasını dəqiqləşdirmək istəyib. Lakin ifaçının telefonu sönülü olub.

Ailə üzvləri ilə əlaqə saxladıq. Vüqarın bacısı Könül xanım xəbərin kökükündən yalnış olduğunu bildirib: "Qardaşım sağ-salamatdır. Ona heç nə olmayıb. Hazırda ailəsi ilə birlikdə Qaxda istirahət edir.

Şəkli yayılan şəxs isə Vüqar Muradov Fikrət oğludur. Həmin şəxsin iki uşağı var. Onu da xüsusi ilə qeyd edim ki, qardaşımın avtoqəza xəbərini yayan şəxsi məhkəməyə verəcəyik".

Milli.Az


Etiketlər:  Vüqar Muradov qəzaya düşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ