Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ankaradadır

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ankaradadır

Tarix: 10 Yanvar 2020 13:48

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceymc Cefri Ankaradadır.

Sonxeber.net APA-ya istinadla xəbər verir ki, o, bu gün ilk olaraq, Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Önalla görüşəcək. Sonra Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalınla görüş planlaşdırılır.

Ceyms Cefri görüşlərdə Suriya-Türkiyə sərhədindəki təhlükəsiz bölgə məsələsi, "Barış bulağı" hərəkatından sonra ərazidəki vəziyyət, Suriyanın Konstitusiya Komissiyası ilə bağlı fəaliyyətlər, İdlib bölgəsindəki münaqişələr və davam edən köç hərəkatı ilə bağlı müzakirələr aparacaq.


Etiketlər:  ABŞ Suriya üzrə xüsusi nümayəndəsi Ankaradadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ