Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Valverde istefaya göndərilir? - “Barselona” rəhbərliyindən açıqlama

Valverde istefaya göndərilir? - “Barselona” rəhbərliyindən açıqlama

Tarix: 10 Yanvar 2020 19:26

"Barselona" rəhbərliyi komandanın baş məşqçisi Ernesto Valverdenin istefaya göndəriləcəyi barədə İspaniya mətbuatında yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klubun direktoru Qilyermo Amor bu məlumatları təkzib edib.

"Bizə uzun mövsümü davam etdirmək lazımdır. Valverdenin istefasıyla bağlı deyilənlərə gəlincə, belə bir məsələ yoxdur" - o vurğulayıb.

Qeyd edək ki, yanvarın 13-də "Barselona"nın idarə heyətinin iclasının keçiriləcəyi, toplantıda 55 yaşlı mütəxəssisin klubda qalıb-qalmayacağı haqda qərar veriləcəyi iddia olunub.

Milli.Az


Etiketlər:  Valverde istefaya göndərilir Barselona rəhbərliyindən açıqlama


RƏYLƏR