Tarix: 15 May 2019 13:36
İran millisinin yeni baş məşqçisi məlum olub.
Qol.az xəbər verir ki, komanda Mark Vilmotsa tapşırılıb. Bunu yerli mətbata açıqlamasında İran Futbol Federasiyasının prezidenti Mehdi Tac deyib. Vilmotsun müqavilə müddəti DÇ-2022-nin sonuna qədər olacaq.
Qeyd edək ki, belçikalı mütəxəssisin son iş yeri Fil Dişi Sahili yığması olub. O, 2017-ci ildən işsizdir.