Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda mənzildən qadın meyiti tapılıb

Bakıda mənzildən qadın meyiti tapılıb

Tarix: 12 Yanvar 2020 00:57

Bakı. Trend:

Nizami rayonunda mənzildən 48 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Hüseynova Könül Fərrux qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda mənzildən qadın meyiti tapılıb


RƏYLƏR