Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 17:44
Bakı. Elnur Bağışov - Trend:
İranda qeyri-qanuni aksiyada iştirak etdiyinə görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılan Böyük Britaniyanın Tehrandakı səfiri Rob Macaire sərbəst buraxılıb.
Bu barədə Trend İranın Xarici İşlər Nazirliyinin informasiya portalına istinadən məlumat verib.
Məlumata görə, İranın rəsmi etirazı ona və Britaniya dövlətinə elan olunub.
Məlumatda bildirilir ki, səfirin addımı, həmçinin Vyana Diplomatik Münasibətləri konvensiyasının müddəalarına ziddir və Böyük Britaniya hökuməti bu haqda izahat verməlidir.
Qeyd edək ki, Böyük Britaniya səfiri ötən gecə 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsinin İranın silahlı qüvvələri tərəfindən yanlışlıqla vurulmasına etiraz olaraq keçirilən aksiyada iştirak etdiyinə görə saxlanılıb. Lakin diplomatik toxunulmazlığı olduğuna görə azad edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin