Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı və Sumqayıtda dinc əhaliyə qarşı edilən qırğınlarla insan hüquqlarına dair beynəlxalq aktların tələbləri ciddi şəkildə pozulub - Politoloq

Bakı və Sumqayıtda dinc əhaliyə qarşı edilən qırğınlarla insan hüquqlarına dair beynəlxalq aktların tələbləri ciddi şəkildə pozulub - Politoloq

Tarix: 13 Yanvar 2020 17:22

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənilər Sumqayıt təxribatını törətməklə Dağlıq Qarabağ iddialarını gerçəkləşdirmək üçün əlavə dəstək almaq istəyirdilər.

Bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib. Məsələnin digər tərəfinin də olduğunu nəzərə çatdıran politoloq qeyd edib ki, postsovet məkanında etno-milli, etno-ərazi münaqişələrin alovlandırılması həm də SSRİ-nin dağıdılması strategiyasının bir hissəsi idi. Bu prosesdə istifadə etmək üçün ən “yararlı” xalq isə ermənilər idi.

Politoloq Sumqayıt hadisələrinin əsas “dirijoru”nun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitənin Baş katibi Mixail Qorbaçov olduğunu da söyləyib. Onun sözlərinə görə Sumqayıt hadisələri törədilən zaman hakimiyyətdə olan M.Qorbaçov SSRİ-nin süquta uğradılması üçün Qərbin təlimatlarına uyğun davranırdı. Bu təlimatlardan biri isə erməniləri SSRİ-nin dağıdılması prosesinə yaxından cəlb etmək idi:

“Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. M.Qorbaçov isə erməni separatçılarının “ideoloji atası” funksiyasını öz üzərinə götürmüşdü. Sumqayıt hadisələri M.Qorbaçovun rəhbərliyi altında Moskvada hazırlanmışdır. Məqsəd uzun sürəcək münaqişə ocağı yaratmaq, Azərbaycanı dünyada vəhşi millət kimi qələmə vermək və bununla da Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi prosesini başa çatdırmaq idi".

E.Mirbəşiroğlu əlavə edib ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər yalnız Sumqayıt hadisələrini törətməyiblər. Onlar tarixin müxtəlif dövrlərində öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törədiblər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Politoloq qeyd edib ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə M.Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili Qoşun hissələri Bakıya və respublikanın bir neçə rayonuna silahsız insanların üzərinə yeridilib.

Bunu bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl sayan E.Mirbəşiroğlu hesab edir ki, dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı insan haqlarına dair beynəlxalq aktların tələbləri çiddi şəkildə pozulub.

Politoloqun fikrincə, əldə olan faktlara, sübutlara istinad edərək, Sumqayıt və "20 yanvar” hadisələrini, eləcə də ermənilərin xalqımıza qarşı törətdiyi digər hadisələri dünyada təbliğ etmək, bunlarla bağlı faktları açıq şəkildə demək lazımdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Sumqayıtda dinc əhaliyə qarşı edilən qırğınlarla insan hüquqlarına dair beynəlxalq aktların tələbləri ciddi şəkildə pozulub Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ