Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaçmazda mənzildən oğurladığı pulları restoranlarda xərcləyən şəxs saxlanıldı

Xaçmazda mənzildən oğurladığı pulları restoranlarda xərcləyən şəxs saxlanıldı

Tarix: 14 Yanvar 2020 10:30

Bakı. Trend:

Xaçmazda mənzildən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Bildirilir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin dekabr ayının sonlarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən 1600 manat pul və məişət avadanlıqları oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini, 23 yaşlı Cavid Xanbabayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs evlərə qanunsuz daxil olaraq oradan zərərçəkmişlərə məxsus pul və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi pulları kafe və restoranlarda xərcləyən cinayətkar, avadanlıqların bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib. Bir ədəd televizor isə polis əməkdaşları tərəfindən C.Xanbabayevin evindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Etiketlər:  Xaçmazda mənzildən oğurladığı pulları restoranlarda xərcləyən şəxs saxlanıldı


RƏYLƏR