Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 20:04
Bakı. Trend:
“Liverpul”un və “Yuventus”un sabiq futbolçusu, 34 yaşlı yarımmüdafiəçi Məhəmməd Sissoko karyerasını başa vurub.
Trend-in məlumatına görə, yarımmüdafiəçi Fransa mətbuatına açıqlamasında belə qərar verməyə məcbur olduğunu söyləyib.
“Liverpul, “Yuventus”, PSJ kimi klublarda çıxış edən Sissoko son olaraq Liqa 2-də mübarizə aparan “Soşo”nun şərəfini qoruyurdu. O, hətta Çin, Hindistan, İndoneziya, Meksika və Honqkonq çempionatlarında da oynayıb.
Yarımmüdafiəçi Mali millisinin heyətində 34 oyun keçirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin