Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 00:00
Bakı. Trend:
İspaniyanın Tarraqona vilayətində (Kataloniya muxtar icması) neft-kimya zavodunda güclü partlayış baş verib.
Trend-in məlumatına görə, bu barədə jeneralitetin mülki müdafiə xidməti bildirib.
Məlumata əsasən, yaralıların olub-olmadığı hələki məlum deyil.
Xidmət yerli sakinlərdən evlərini tərk etməmələrini və pəncərə və qapılarını bağlamağı tövsiyə edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin