Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 00:06
İspaniyanın Tarraqona vilayətində (Kataloniya muxtar icması) neft-kimya zavodunda güclü partlayış baş verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə jeneralitetin mülki müdafiə xidməti bildirib.
Məlumata əsasən, yaralıların olub-olmadığı hələki məlum deyil.
Xidmət yerli sakinlərdən evlərini tərk etməmələrini və pəncərə və qapılarını bağlamağı tövsiyə edib.