Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 00:52
Bakı. Trend:
İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Davosda Dünya İqtisadi Forumunda iştirak etmək üçün qeydiyyata alındı, ancaq bölgədəki vəziyyət səbəbiylə öz sorğusunu geri çəkib.
Trend-in məlumatına görə, bu barədə Forumun prezidenti Borq Brende deyib.
B.Brende bildirib: "İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qeydiyyata alınmışdı, amma sonra biz imtina aldıq. Mənim fikrimcə, biz buna bölgədəki çətin vəziyyətin fonunda baxmalıyıq".
Eyni zamanda, Borge Davosda ABŞ və İran nümayəndə heyətləri arasında ikitərəfli görüşün planlaşdırılması barədə mövzunu şərh etməyib.
Qeyd edək ki, Dünya İqtisadi Forumu 21-24 yanvar tarixlərində keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin