Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 04:30
2014-2019-cu illər ərzində Rusiyada qəzet və jurnal satışı 45 faiz azalıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiyanın Çap Sənayesi Müəssisələri İttifaqı məlumat yayıb. Qeyd olunub ki, qəzet və jurnalların həm pərakəndə satışı, həm də onlara abunənin sayı aşağı düşüb. Kompüter, avtomobil, interyer və dizayn sahələrinə aid, eləcə də xəbər nəşrlərinə maraq tamamilə azalıb.
Məlumatda deyilir ki, Rusiyada qəzet kiosklarının sayı 41 min ədəd azalıb, onların əvəzinə mağazalarda mətbuat satışı stendləri yaradılıb.
İttifaqın prezidenti Ruslan Novikovun sözlərinə görə, artıq çap KİV-lərinin dövrü arxada qalıb, indi yalnız nəşriyyat biznesi inkişaf edir. Hazırda Rusiyada rəqəmsal məkanda ilk onluğa daxil olan informasiya resurslarının hamısı əvvəllər çap versiyasında çıxan KİV-lərdir.