Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ödənişli yolda qiymət vətəndaşlara uyğun olacaq”

“Ödənişli yolda qiymət vətəndaşlara uyğun olacaq”

Tarix: 15 Yanvar 2020 12:42

Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiya bizim tərəfimizdən Nazirlər Kabinetinə təqdim olunub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ödənişli yollarda lazımi aparatların alınması tender vasitəsilə həyata keçiriləcək:

"Biz dünya bazarına nəzər salırıq. Yolların ödənişli hissəsinə qoyulacaq turniketlərin qiyməti hansı şirkətdə daha uyğun olarsa, bizi qane edəcəksə, onlarla razılaşacağıq. Qiyməti Tarif Şurası müəyyən edəcək.

Məlumat üçün bildirim ki, Ələt-Astara istiqamətində yeni salınmış magistral yol mövcud yoldan 39 km məsafəni qısadır.

Deyərdim ki, yol ödənişli olsa da, qiymət vətəndaşların büdcəsinə uyğun olacaq".

Milli.Az


Etiketlər:  Ödənişli yolda qiymət vətəndaşlara uyğun olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ