Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ölən tələbələrin meyitləri ölkələrinə göndərildi

Bakıda ölən tələbələrin meyitləri ölkələrinə göndərildi

Tarix: 15 Yanvar 2020 13:18

Bakıda baş verən yanğında ölən Şri-Lankadan olan üç tələbənin meyiti paytaxt Kolomboya çatdırılıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Sputnik Azərbaycan Şri-Lankanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, meyitin aparılması dövlət hesabına, Şri-Lankanın Tehran və Dohadakı diplomatik nümayəndəliklərinin vasitəçiliyi ilə həyata keçirilib.

Qeyd edək ki, yanvarın 9-u Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Bədbəxt hadisə Xanlar küçəsi 60, mənzil 9 ünvanında baş verib. Tələbə qızlar iki ay imiş ki, həmin mənzildə məskunlaşıblar. Hadisə zamanı ölən əcnəbi tələbələrin şəxsiyyətləri məlum olub. Bunlar 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir. Həlak olan şəxslər Şri-Lanka vətəndaşlarıdır. Hadisə isə əlaqədar Səbail rayon Prokurorluğunda cinayət işi başlanılıb. Bakı Şəhər Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsiniin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.


Etiketlər:  Bakıda ölən tələbələrin meyitləri ölkələrinə göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ