Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 11:06
İstanbul kafelərindən birində Celal Gürkan Ö. adlı şəxs 300 lirəyə (86 manat) görə Ekrem və Hüseyin Yıldırım qardaşlarını bıçaqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, yaralananlar dərhal xəstəxanaya çatdırılsalar da, onlardan birinin həyatını xilas etmək olmayıb.
Digər qardaşın vəziyyəti orta-ağırdır.
Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları qısa zamanda cinayətkarı yaxalayıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.