Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 16:04
“Əl-Sədd”in baş məşqçisi Xavi Hernandez "Barselona"nı çalışdırmaqdan imtina edib.
Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib:
"Bəli, mən həqiqətən də "Barselona"dan təklif almışdım, amma onu qəbul etmədim. Çünki "Barselona"da işləməyin mənim üçün hələ tez olduğunu düşündüm. . Ancaq bu mənim gələcəkdəki xəyalım olaraq qalacaq.
Birinci növbədə mən öz qərarımı ailəmə bildirdim, sonra "Əl-Sədd"in oyunçularına. Çünki onlar hadisələrin inkişafını izləyirdilər. Üç gün idi ki, bu söz-söhbətlərə görə komandamdan kənarda idim. İndi isə yenidən “Əl Sədd”dəyəm. Hər şey öz qaydasındadır”.
Qeyd edək ki, baş məşqçi Ernesto Valverdeni istefaya göndərən Kataloniya klubu onu Kike Setyenlə əvəzləyib.