Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belarusda jurnalist-robot sınaqdan keçiriləcək

Belarusda jurnalist-robot sınaqdan keçiriləcək

Tarix: 16 Yanvar 2020 22:12

Belarusda insan müdaxiləsi olmadan həmsöhbətlərə mənalı suallar verə biləcək və cavablara əsaslanan nəşrlər üçün mətn yarada biləcək süni intellekt ilk dəfə sınaqdan keçirilir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, neyron şəbəkəsinin Belarus  fikir liderləri ilə "danışması" və hətta yerli nəşrlərdən birində bir jurnalist kimi çalışması planlaşdırılır.

Neyron şəbəkəsinin inkişafı Rusiya-Belarus proqram şirkəti tərəfindən həyata keçirilir. Bu barədə BelTA-ya hosting provayderinin rəhbəri Alexander Xmil məlumat verib.

Onun sözlərinə görə, HostFly.by qeyri-adi layihəyə internetdə neyroşəbəkə yerləşdirilməsi üçün lazımlı resurslarla təmin edərək texniki dəstək verəcək.

Robot-jurnalist həmsöhbətini qiymətləndirə və konkret şəxs haqqında məlumatlara əsaslanan suallar yarada bilər. Robot, həmçinin həmsöhbətin psixoloji qiymətləndirməsini aparacaq, onda emosional reaksiyalar doğura bilən sualları seçə biləcək.

Xatırladaq ki, ötən il HostFly.by məhsulun təsviri ilə yanaşı, qoxusunun da duyulduğu onlayn mağazanın layihəsini hazırlayıb. Təqdim edilən layihənin həyata keçirilməsi nəticəsində onlayn mağazaların sahibləri qoxunu çatdırmaq üçün müştərilərə qoxular dəsti olan xüsusi lövhələri pulsuz göndərə biləcəklər. Müəyyən əmtəə malına baxarkən lövhə xüsusi proqram tətbiqi ilə smartfona və ya kompüterə qoşulacaq və alıcı virtual sayğacda gördüyü məhsulun qoxusunu hiss edə biləcək.

Hostinq-provayder bu siyahını daha da genişləndirmək və öz meydançasına yeni perspektivli layihələri cəlb etmək niyyətindədir.


Etiketlər:  Belarusda jurnalist robot sınaqdan keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ