Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tesla avtomobilləri tezliklə piyadalarla danışa biləcək

Tesla avtomobilləri tezliklə piyadalarla danışa biləcək

Tarix: 16 Yanvar 2020 23:52

Sürücüdən bir şey istəmək üçün pəncərəni açmaq lazım olmayacaq

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Tesla şirkətinin rəhbəri İlon Mask Tvitter sosial şəbəkəsindəki səhifəsində xarici elektromobillər üçün yeni bir xüsusiyyət elan etdi.

İlon Mask xəbər verib ki, Tesla qısa müddətdə, istəsəniz, insanlarla danışa biləcək və bu həqiqətdir.

Söhbət sürücünün pəncərə açmadan piyadalarla ünsiyyət qurma qabiliyyətindən, həmçinin geri dönmə barədə avtomatik mesajlarla xəbərdarlıqdan gedir. Bunun üçün avtomobildəki xarici dinamiklərdən istifadə olunur.

2019-cu ilin oktyabr ayında Mask "rinqtonlardan" -  quraşdırılmış zəng və avtomobilin hərəkətlərindən, hətta keçi mələrtisi kimi komik səslərdən istifadə etmək imkanlarından danışdı. Qeyd edək ki, şirkət tərəfindən təklif olunan səslərdən əlavə istifadəçilər şəxsi musiqilərini və öz səslərini də yükləyə biləcəklər.


Etiketlər:  Tesla avtomobilləri tezliklə piyadalarla danışa biləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ