Tarix: 17 Yanvar 2020 11:04
Ayağından əməliyyat olunan "Tottenhem"in futbolçusu Harri Keyn uzun müddət meydana çıxa bilməyəcək.
Qol.az xəbər verir ki, İngiltərənin tanınmış cərrahı Kris Uilson "The Independent" qəzetinə açıqlamasında 27 yaşlı hücumçunun 6 ay futbol oynaya bilməyəcəyini deyib. O, İngiltərə millisinin kapitanının Avro-2020-dən kənarda qalacağını da deyib.
Xatırladaq ki, Harri Keyn İngiltərə Premyer Liqasının 21-ci turunda "Sauthempton"la oyunda zədələnib. Britaniya mətbuatı əzələ yırtığı aşkarlanan futbolçunun aprel ayında məşqlərə başlayacağını yazmışdı.