Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xatirə Vasifi müdafiə etdi

Xatirə Vasifi müdafiə etdi

Tarix: 17 Yanvar 2020 18:35

Müğənni Xatirə İslam dünən birgə qonaq olduğu "Şou ATV" proqramında Əməkdar artist Vasif Məhərrəmlinin müzakirələrə səbəb olan ifadəsinə münasibət bildirib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi instaqram səhifəsində açıqlama yayaraq anlaşılmazlıq yarandığını iddia edib.

O, həmkarını müdafiə edərək Əməkdar artistin etikadan kənar söz demədiyini vurğulayıb:

"20 illik dostum, üstümüzdə göz-nəzər var. Qətiyyən əsəbiləşmək olmaz. Çünki sənin necə savadlı və mədəni bir ailə başçısı olduğunu illərdir görürük. Sən harda nəyi deyəcəyini hamıdan gözəl bilirsən. Vasifin orada işlətdiyi cümlə budur: "Üzünü niyə çöyürdün (çevirdin) ağız?" Qazax ləhcəsində belədir". 

Milli.Az


Etiketlər:  Xatirə Vasifi müdafiə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ