Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni futbolçular “rusiyalı”, azərbaycanlılar əcnəbi sayılacaq

Erməni futbolçular “rusiyalı”, azərbaycanlılar əcnəbi sayılacaq

Tarix: 17 Yanvar 2020 19:36

Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olan ölkələrin futbolçuları 1 iyuldan etibarən Rusiya çempionatında legioner (Rusiya vətəndaşlığı olmayan əcnəbi futbolçu) sayılmayacaq.

Sonxeber.net oxu.az-a istinadənz xəbər verir ki, bu barədə Rusiya İdman Nazirliyi qərar çıxarıb.

Daha əvvəl AİB-ə üzv olan Belarusun futbolçularının legioner statusu ləğv olunmuşdu. 1 yanvar 2015-ci ildən fəaliyyət göstərən AİB-ə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Bu isə o deməkdir ki, Ermənistan, Qazaxıstan və Qırğızıstan vətəndaşı olan futbolçular Rusiya çempionatında legioner limitinə düşməyəcək.

Hazırkı Rusiya Premyer Liqasının qaydalarına görə, bir komanda start heyətdə maksimum altı əcnəbi futbolçunun xidmətindən yararlana bilər. Rusiya çempionatında oynayacaq azərbaycanlı futbolçular isə yenə Rusiyada legioner sayılacaq.

Bu qaydaların Rusiyanın xokkey, voleybol, həndbol, basketbol, otüstü xokkey və su polosu idman növlərində də tətbiq olunması gözlənilir.


Etiketlər:  Erməni futbolçular rusiyalı azərbaycanlılar əcnəbi sayılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ