Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 21:54
Cammu və Kəşmirin Pakistanın nəzarətindəki bölgəsində inanılmaz hadisə baş verib.
Sonxeber.net xəbər verir ki, 6 və 12 yaşlı iki qız uşağı 2 gün sonra qar uçqunun altından sağ çıxarılıb. Məlumata görə, uşaqlar hadisə zamanı qar kütləsindən yayınaraq, evlərdən birinin kiçik otağına sığına bilib. Nəticədə onlar sağ qalmağı bacarıblar. Xilasedicilərin sözlərinə görə, uşaqlar bəzi xəsarətlər alsa da, onların həyatı üçün təhlükə yoxdur. Uşaqlar xilas olunana qədər yatmayıblar.
Qeyd edək ki, Pakistan-Hindistan sərhədində baş verən qar uçqunu zamanı ümumilikdə 120-yə qədər insan həyatını itirib. Çox sayda yaralı var. Minlərlə tikili sıradan çıxıb. (publika.az)