Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 22:24
Bir sıra zəlzələlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, bəziləri gecəni küçələrdə keçirməyi üstün tutub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Puerto-Riko hakimiyyəti bildirib.
Qeyd edək ki, Karib dənizində bu adada enerji təchizatı sistemini, infrastrukturu pozan və bir sıra evlərin dağılmasına səbəb olan zəlzələlər baş verib. Ən güclü zəlzənin maqnitudası 6.6 bal təşkil edib. Puerto-Riko hakimiyyəti fövqəladə vəziyyət rejimini elan edib.
Puerto-Riko Dövlət katibi Elmer Roman bildirib ki, təxminən 8,2 min nəfəri dövlət, daha çoxu isə qeyri-resmi sığınacaqlarında yerləşdirilib.
E.Roman, həmçinin 3,5 min insanın hələ də elektrik enerjisindən məhrum olduğunu deyib.