Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' 6-cı günü tək məşqlə başa vurdu - Şəkillər

''Qarabağ'' 6-cı günü tək məşqlə başa vurdu - Şəkillər

Tarix: 18 Yanvar 2020 00:18

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

Qol.az klubun saytına istinadən xəbər verir ki, komanda toplanışın altıncı gününü tək məşqlə başa vurub. Dünən yerli vaxtla saat 17:30-da start götürən məşqdə futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib. Daha sonra toplu məşqlər edən futbolçular taktiki çalışmalarla məşqi yekunlaşdırıb.

Qeyd edək ki, komanda bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Yerli vaxtla saat 17:00-da (Bakı vaxtıyla 18:00) start götürəcək matçda "Qarabağ"  Rumıniyanın "Akademika Klinçeni" klubu ilə qarşılaşacaq.
























Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  Qarabağ günü tək məşqlə başa vurdu Şəkillər


RƏYLƏR