Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakimin avtomobilinə bomba qoydular, oyunlar təxirə salındı

Hakimin avtomobilinə bomba qoydular, oyunlar təxirə salındı

Tarix: 18 Yanvar 2020 10:18

Kipr futbol çempionatının oyunları təxirə salınıb.

Qol.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kipr Futbol Federasiyası məlumat yayıb. Qərara səbəb turnirin hakimlərindən biri Konstantinoya sui-qəsd hazırlanması olub. Naməlum şəxslər 33 yaşlı  hakimin maşınına bomba qoyub, hadisə yerindən uzaqlaşıblar. Lakin qurğu partlayarkən hakim avtomobildə olmayıb. Baş verən hadisəyə görə Kipr Futbol Federasiyası çempionatın dayandırıldığını elan edib. Ancaq oyunların hansı müddətə qədər təxirə salındığı haqda heç bir məlumat yoxdur.

 


Etiketlər:  Hakimin avtomobilinə bomba qoydular oyunlar təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ