Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 17:00
Bakı. Ləman Zeynalova - Trend:
Böyük Britaniyanın “BP Exploration”, Azərbaycanın SOCAR və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri Aral dənizində investisiya bloklarında geologiya-kəşfiyyat işlərinin aparılması barədə saziş imzalayıb.
Trend-in məlumatına görə, sənəd Aral dənizinin Özbəkistan hissəsində, Sams-Kosbulak və Bayterek investisiya bloklarında geologiya-kəşfiyyat işlərini nəzərdə tutur.
Xatırladaq ki, “Uzbeknefteqaz” BP və SOCAR ötən ilin mayında geologiya-kəşfiyyat işləri ilə əlaqədar iki memorandum imzalamışdı. Bu memorandumlar SOCAR-da özbək mütəxəssislərin hazırlanmasını, eləcə də “Uzbeknefteqaz”ın Azərbaycanda şelf layihələrində iştirakını nəzərdə tutur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin