Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Merkel siyasətdən gedəcək

Merkel siyasətdən gedəcək

Tarix: 16 May 2019 17:24

Bakı. Trend:

Almaniya Kansleri Angela Merkel Nazirlər Kabinetinə rəhbərlik edəcəyi vaxtın başa çatmasından sonra siyasətlə məşğul olmayacağını bəyan edib.

Trend-in məlumatına görə, A.Merkel 2021-ci ildən sonra siyasətdən gedəcəyini təsdiq edib.

A.Merkel deyib: "Səlahiyyət müddətim başa çatdıqdan sonra siyasətlə məşğul olmaq niyyətim yoxdur. Ötən ilin sonunda mən öz planlarım barədə məlumat vermişdim".

Qeyd edək ki, 2018-ci ilin sonunda A.Merkel Xristian-Demokrat Partiyasının sədrliyindən getsə də, kansler postunu tərk etməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Merkel siyasətdən gedəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ