Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 17:56
Brand Finance agentliyi dünyanın ən bahalı futbol markalarının yeni reytinq cədvəlini tərtib edib.
Qol.az-ın məlumatına görə, siyahının ilk pilləsində 1,646 milyard avro marka dəyəri olan "Real" qərarlaşıb. Madrid klubu son reytinqlə müqayisədə "Mançester Yunayted"i qabaqlayaraq birinci pilləyə yüksəlib.
"Qırmızı şeytanlar" ikinci (1,472 milyard), "Barselona" (1,393) üçüncü pillədə yer alıb. Siyahının növbəti pillələrində müvafiq olaraq "Bavariya" (1,314), "Mançester Siti" (1,255), "Liverpul" (1,191), "Çelsi" (968 milyon), PSJ (914 ), "Arsenal" (885), "Tottenhem" (758) qərarlaşıb.