Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 21:21
Bir çox qidaların allergiyaya səbəb olduğu məlumdur. Bu sırada təbii məhsullar da yetərincədir. Bir çox faydaları olan təbii qidaların allergiya yaratmaq xüsusiyyətləri də var.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, belə məhsullardan biri də də təbii dərman, təbii antibiotik hesab olunan sarımsaqdır. Məlumata görə, sarımsaq allergiyasına çox nadir rast gəlinsə də, bu, hətta ölümcül anafilaktik şok kimi ciddi fəasadlara səbəb ola bilir.
Ona görə də mütəxəssislər bununla bağlı diqqətli olmağı tövsiyə ediblər. Bildirilir ki, sarımsaq, içərisində sarımsaq olan qidalar yedikədn sonra qəglətən bədənə yayılan qızartı, qaşınma, gözlərdə, dodaqlarda şişkinlik, qusma, öskürək, nəfəsalmada xışıltı bu allergiyanın əlamətləridir.
Sarımsaq allergiyası şübhəsi varsa, həmin şəxs bununla bağlı allergik test olunmalı, dəridə sarımsaq zülalına qarşı həsasslıq araşdırılmalıdır.
Sarımsaq kimi oxşar zülal tərkibli soğan, quşqonmaz və s. kimi qidaların da diqqətli istifadəsi lazımdır.