Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Marselo - 350, Varan - 300

Marselo - 350, Varan - 300

Tarix: 19 Yanvar 2020 20:14

“Real” İspaniya La Liqasının 20-ci turu çərçivəsində “Sevilya”ya 2:1 hesabıyla qalib gəlib.

Qol.az Madrid klubunun saytına istinadən xəbər verir ki, bu qarşılaşma “Real”ın futbolçuları – Marselo və Rafael Varan üçün əlamətdar olub. Marselo “Real”ın heyətində La Liqada 350-ci oyuna çıxıb. Braziliyalı müdafiəçi bu oyunların 243-də qalib gəlib, 25 qolla yadda qalıb.

Varan üçün isə “Sevilya”yla matç “Real”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 300-cü oyun olub. 2011-ci ildən Madrid klubunun şərəfini qoruyan fransalı futbolçu, bu qarşılaşmaların 201-də qalib gəlib və 14 qolla yadda qalıb.

 


Etiketlər:  Marselo 350 Varan 300


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ