Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistanın energetika sahəsinə 1,6 milyard dollar xarici sərmayə qoyulacaq

Özbəkistanın energetika sahəsinə 1,6 milyard dollar xarici sərmayə qoyulacaq

Tarix: 20 Yanvar 2020 09:00

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və "Mubadala" şirkətləri Özbəkistanın Nəvai vilayətində 400 МВт gücündə külək elektrik stansiyasının tikintisinə 600 milyon dollar sərmayə qoyacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Özbəkistanın Xarici Ticarət və İnvestisiyalar Nazirliyi ilə "Masdar" və "Mubadala" şirkətləri arasında saziş imzalanıb. Sazişə əsasən, bu şirkətlər külək elektrik stansiyasının layihəsini, maliyyələşməsini, tikintisini və işə salınmasını öz üzərinə götürüb. Bildirilib ki, işlər bu ilin üçüncü rübündə başlayacaq və 2022-ci ildə başa çatacaq.

"Mubadala" şirkəti ayrılıqda Talimarcan İstilik Elektrik Stansiyasının bazasında yeni enerji bloklarının özəlləşdirilməsinə və yenilərinin tikilməsinə 1 milyard dollar sərmayə qoyacaq.


Etiketlər:  Özbəkistanın energetika sahəsinə milyard dollar xarici sərmayə qoyulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ